Kreditplaza.az saytı xarici mənbəyə istinadən xəbər verir ki,Samsung şirkəti “ağıllı” üzüyü n(smart ring) işlənilməsi ilə fəal məşğul olmağa davam edir, üzüyün prototip təsvirləri artıq internetdə görünüb.

Şirkət tərəfindən dekabrda Cənubi Koreyanın əqli mülkiyyət məsələləri üzrə idarənin patent bürosuna təqdim olunan  təsvirlərdən görünür ki, Samsung artıq nəinki dizaynı üzərində üzərində, həm də üzüyün texniki tərkibi üzərində işləyir.

Üzükdə  səsin ucalığının tənzimlənməsi üçün, çağırışa cavab vermək üçün düymələr və yəqin ki, yaddaş kartı üçün slot olacaq. Ürək döyünməsini monitorinqi və digər biosiqnallar üçün, üzüyə  bir və ya bir neçə ötürücülər yerləşdiriləcək.

 

  

Ekspertlər istisna etmirlər ki, üzüyə, özünün ödəniş sistemi Samsung Pay vasitəsilə işləyəcək də ödəniş funksionalı da quraşdırılacaq. Məsələn, VISA şirkəti Braziliyada OO-2016 ərəfəsində keramika sukeçirməyən üzüyü kontaktsız ödəniş üçün təqdim edib.

Verilən patent sifarişinə baxmayaraq, Samsungun bazara yeni məhsul ilə nə zaman çıxacağı barədə  heç bir informasiya yoxdur.