Azərbaycan bazarını daha bir xarici şirkət tərk edir.

Banker.az-a daxil olan məlumata görə, “Serimax Field Joint Coating Limited” Azərbaycan Respublikasındakı Filialının ləğv olunduğunu elan edir.

Kreditorlar iki ay ərzində tələblərini AZ1065 Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, ev 8, Hyatt beynəlxalq Mərkəzi, Hyatt Touer 2, 1-ci mərtəbə, Dentons Şirkəti ünvanına bildirə bilərlər.

Bildirək ki, “Serimax Field Joint Coating Limited” şirkəti Azərbaycanda 2016-ci ildə dövlət qeydiyyatına alınıb. Bu şirkətin qanuni təmsilçisi Louis-Nicolas Marie Armand Hallez adlı şəxsdir.