Bu ilin avqust ayında İngiltərədə inflyasiya proqnozu cüzi üstələyərək 0,2% səviyyəsində olub.

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, hükumətin həyata keçirdiyi vergi endirimləri və iqtisadiyyatı koronavirus böhranının təsirlərindən qorumaq üçün verdiyi təşviqlərlə inflyasiya son 5 ilin ən aşağı həddinə düşüb.