Azərbaycanın nağd valyuta bazarında stabilləşmə prosesi davam edir. Hazırda ölkədə fəaliyyət göstərən kommersiya banklarında ABŞ dollarının alış və satış məzənnələri arasındakı marja təxminən 0,02 manat (1 dollara – 2 qəpik) təşkil edir. Yəni, 1 ABŞ dollarının ən yaxşı alışı 1,71 manat, satışı isə 1,73 manata bərabərdir. Qeyd edək ki, bir neçə həftə öncə marja ən yaxşı halda 0,05 manat olub. 

 

Analitiklər, alışla satış arasındakı fərqin yaxın həftələrdə bir qədər də daralaraq 0,01 manata enəcəyi proqnozlaşdırır:

 

“Marjanın daralması “qara bazar”ın fəaliyyətini məhdudlaşdıracaq. Bununla yanaşı, dolların məzənnəsinin cari səviyyədə sabitləşəcəyi ehtimal edilir. Dolların rəsmi məzənnəsi bir müddət 1,70-1,75 AZN/USD-ə yaxın formalaşdıqdan sonra neft qiymətlərinin yay aylarına doğru artması ilə 1,65 AZN/USD-yə qədər geriləyə bilər. Lakin ilin sonunda rəsmi məzənnə yenidən 1,70-1,75 AZN/USD-yə yüksələrək 2017-ci ili bu səviyyədə tamamlayacağı gözlənilir”.

 

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının (AMB) həyata keçirdiyi sərt monetar siyasət tədbirləri dolların məzənnəsinin sabitliyini təmin edəcək.

 

Report,marja