İflas prosesində olan BOKT “Vijn Fond AzərKredit” MMC-nin balansında olan ilkin minimum satış qiyməti 33312 AZN təşkil edən qızıl-zinət əşyalarının (ikinci əl) topdansatışı 17 dekabr 2018-ci il tarixində və ilkin minimum satış qiyməti 32516 AZN təşkil edən qızılzinət əşyalarının (ikinci əl) topdansatışı 19 dekabr 2018-ci il tarixində həyata keçiriləcəkdir.

FED.az xəbər verir ki, satışda iştirak etmək istəyən şəxslər Ərizə formasını dolduraraq cəmiyyətin Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov/S.Vurğun küçələrinin kəsişməsi, World Business Center”, 3-cü mərtəbədə yerləşən ofisinə təqdim edə və ya trustee@azercredit.az email ünvanına göndərə bilərlər.

Ərizənin qəbul müddəti: 17 dekabr tarixində keçiriləcək satışda iştirak üçün 17 dekabr saat 09:30-a qədər və 19 dekabr tarixində keçiriləcək satışda iştirak üçün 19 dekabr saat 09:30- a qədər;

Satışın keçiriləcəyi yer: Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov/S.Vurğun küçələrinin kəsişməsi, “World Business Center”, 3-cü mərtəbə;

Satışın keçiriləcəyi tarix və vaxt: Satışlar müvafiq olaraq 17 dekabr və 19 dekabr 2018- ci il tarixlərində saat 10:30-da başlayacaqdır.