2019-cu ilin I yarısında Azərbaycana kondisioner idxalı 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,9 dəfə – 138,8 min ədədə qədər artıb.

Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. Hesabat dövründə Azərbaycana gətirilmiş kondisionerlərin ümumi dəyəri $33 mln. 43,8 min məbləğində (artım 1,9 dəfə) qiymətləndirilir.

I yarımillikdə Azərbaycana $35 mln. 363,8 min dəyərində (artım 19,4%) 244,8 min ədəd (artım 23,6%) hesablama maşını, blok və qurğusu idxal olunub.

Bundan başqa, qeyd olunan dövrdə paltaryuyan maşınların idxalı 1,2% – 86,98 min ədədə qədər artıb. İdxalın ümumi dəyəri $17 mln. 731,2 min (artım 17,2%) təşkil edir.

@Fins.az