Rusiyadan Honkonqa qızıl ixracı ilin əvvəlindən avqust ayınadək 3,51 milyard dollara çatıb.
AZƏRTAC xəbər verir ki, Honkonq hökumətinin Statistika İdarəsinin məlumatına əsasən, Rusiyadan qiymətli metal idxalı ötən ilin analoji dövrü ilə müqayisədə 10 dəfə artıb. Honkonq avqust ayında Rusiyadan 892,3 milyon dollarlıq qızıl alıb. Bu, statistik məlumatların dərc olunduğu 2012-ci ildən bəri rekord göstəricidir.
Rusiyanın Honkonqa qızıl tədarükü artıq dörd aydır ki, 11 ilin tarixi maksimumlarını yeniləyir. May ayında ixrac olunan qızılın həcmi 408,59 milyon dollar, iyunda 485,9 milyon dollar, iyulda isə 747,44 milyon dollar təşkil edib.
Qeyd edək ki, 2022-ci ilin nəticələrinə əsasən, Honkonq Rusiyadan 966,2 milyon dollarlıq qızıl alıb.