Xəbər verdiyimiz kimi, Hikmət İsmayılov “AFB Bank”da “Gilan Holding”in payını satın alıb.

 

Korporativ məlumatların açıqlanması (MEAS) saytında verilən məlumata görə, H.İsmayılov 55 447 səhmi 70,140,455 (yetmiş milyon bir yüz qırx min dörd yüz əlli beş) manata əldə edib. Saziş fevralın 7-i imzalanıb.

 

Bundan əvvəl, “Gilan Holding” “AFB Bank”ın səhmlərinin 99,64 faizinə nəzarət edirdi. İndi bu pay bütünlüklə H.İsmayılova keçib.

 

Hazırda bankın digər səhmdarları Cəmil Muradov (0,18 faiz) və Əkbər Abdullayevdir (0,18 faiz).