Haker hücumuna məruz qalmış HBO televiziya şəbəkəsi hakerlərə 250 min dollar təklif edib.
İKT.lent.az-ın xəbərinə görə, bu barədə “Variety” saytı şirkətin müvafiq məktubuna əsasən məlumat yayıb. Məktub 27 iyul tarixlidir.
Hakerlərə pul təklifi HBO-ya qarşı irimiqyaslı haker hücumu ilə bağlı videonun yayılmasından sonra edilib. Televiziya şəbəkəsinin etikalı hakerləri həvəsləndirmə proqramı çərçivəsində bu pulu ödəyə biləcəyi bildirilib. HBO məsələni şərh etməyib.
Qeyd edək ki, hakerlər məşhur “Taxt oyunları” serialının 4-cü bölümünü və 5-ci bölümünün ssenarisini, eləcə də serial ulduzlarının şəxsi məlumatlarını internetdə yayıblar.