Harvard Universitetinin iqtisadçısı Carmen Reinhart, Honq Konqda davam edən siyasi çaxnaşmanın dünya iqtisadiyyatı üçün pis ola biləcəyini söyləyib.

Reinhart,  ABŞ ilə Çin arasında şiddətlənən ticarət müharibəsi daxil qlobal artıma mənfi təsir edən şok hadisələrə diqqət çəkərək, Honq Konqun əsas narahatlıqları arasında yer aldığını qeyd edib.

“Bloomberg Television”da çıxış edən Reinhart, “Hazırda məni çox narahat edən şok, Çində və ümumiyyətlə, Asiyadakı iqtisadi artıma mənfi təsir edə biləcək Honq Konqdakı nümayişlərdir”- deyib.

Beynəlxalq maliyyə sahəsində ixtisaslaşan Reinhart, “Bu etirazlar çox mühüm qlobal yavaşlamaya və hətta durğunluğa rəvac verə bilər”,- deyib.

Üç ay əvvəl başlayan hökumət əleyhinə nümayişlər, hazırda Çindəki ləngimədən və ticarət müharibəsindən mənfi təsirlənən Honq Konq iqtisadiyyatı üzərində təzyiq yaradır.

Bu akademik xəbərdarlıq, Boston Fed sədri Erik Rosengrenin Honq Konq böhranının öz qlobal narahatlıq siyahısında olduğunu söyləməsindən bir neçə gün sonra edildi.

Rosengren bu həftə “Bloomberg Television”a verdiyi açıqlamada, “Honq Konqda beynəlxalq bazarlara geniş mənada yayıla biləcək problemlər var. Honq Konq böyük qlobal şəhərlərdən biridir və bu səbəbdən vəziyyətin necə formalaşacağı barədə narahat olmaq vəziyyətindəyik”,- deyib.

@Marja