Müğənni Röya Ayxan Qafqazinfo-ya verdiyi müsahibəsində manatın dollara nisbətdə dəyərdən düşməsinin ona da təsir etdiyini deyib: «Bu il vəziyyət çətinləşib. Bunu deməyə haqqım var, çünki seçilən insanlardan biriyəm. Heç kim fikirləşməsin ki, təkdir. Hamının əziyyəti var. Sadəcə, bu, böyük sınaqdır. Bu sınağın nə olduğunu sizə başa salım. Bir ailədə 5 nəfər varsa, onların hamısı işləməlidir. Bir ailədə bir adam yox, bundan sonra bütün dünyadakı kimi 5 adamın 5-i də işləməlidir. Bizdə necədir?
Utanıram da deməyə, təkcə mən işləyirəm və hamıya mən baxıram. Kimisə əsgərliyə aparanda, ərə gedəndə cehiz üçün məni yığırlar. Hamıya uğur və səbir arzulayıram. Əslində məsələ ciddidir. Hamımız itirmişik. Adi mağazaya girib nəsə alanda görürsən ki, xeyli itirirsən. Yenə də deyirəm. Bu, bizdən asılı bir şey deyil. Dünyada baş verən prosesdir. Hələ ki, çapalayırıq. Allaha qurban olum ki, bu ölkəyə hər şey verib. Nə su basır, nə zəlzələ olur. Hər şey yaxşı olacaq».