Bu yaxınlarda U.S. News and World Report həyat keyfiyyətinə görə dünyanın ən yaxşı ölkələrinin reytinqini dərc edib. 89 ölkəni sıralamaq üçün 22 mart və 23 may 2024-cü il tarixləri arasında dünya üzrə təxminən 17 000 insan arasında sorğu keçirilib, Banker.az bu barədə İnc.ru-ya istinadən xəbər verir.

Həyat keyfiyyəti baxımından ən yaxşı ölkələr aşağıdakı parametrlər üzrə qiymətləndirilib:

– əlçatanlıq,
– yaxşı əmək bazarı,
– iqtisadi sabitlik,
– möhkəm ailə institutu,
– gəlir bərabərliyi,
– siyasi sabitlik,
– təhlükəsizlik,
– inkişaf etmiş təhsil sistemi,
– inkişaf etmiş səhiyyə sistemi.

Qeyd edək ki, 2024-cü ildə həyat keyfiyyətinə görə dünyanın ən yaxşı ölkəsi Danimarka seçilib, ikinci yerdə İsveç, üçüncü yerdə isə İsveçrə qərarlaşıb. İlk beşliyi Norveç və Kanada tamamlayır. Bu ölkələrdən başqa Top 10-luğa Finlandiya, Almaniya, Avstraliya, Hollandiya və Yeni Zelandiya daxildir. ABŞ reytinqə daxil deyil.