13 Fevral 2024-cü il tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib.

Marja.az-ın Mərkəzi Banka istinadən məlumatına görə, hərracda tələb 151,1 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilib (satış).

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşmışdır.

Qeyd edək ki, 08 Fevral 2024-cü il tarixində keçirilmiş valyuta hərracında tələb 61,4 milyon ABŞ dolları təşkil etmişdi.

2024-cü ilin əvvəlindən bu yana keçirilmiş 11 valyuta hərracında banklara cəmi 788  milyon dollar satılıb.