Fransada sənayesizləşmə narahatlıq doğuran templə gedir. Baş Əmək Konfederasiyası 250 ixtisar planı barədə məlumat alıb. Bu da 200 minədək iş yerinin təhlükədə olması deməkdir.

AZƏRTAC xəbər verir ki, bunu Fransanın Baş Əmək Konfederasiyasının sədri Sofi Bine “Les Echos” saytına müsahibəsində bildirib.

“Böyük müəssisələrin ixtisar və restrukturizasiya planları kiçik podratçılar üçün də risk yaradır”, – deyə Sofi Bine əlavə edib.

“Təcili tədbirlər görülməsə sənayemizdə geri dönüşü olmayan vəziyyət yaranacaq”, – deyə Konfederasiya sədri xəbərdarlıq edib.