Ötən ay Gürcüstanın Tbilisi, Batumi, Kutaisi, Mestia və Ambrolauri hava limanları 583 104 sərnişinə xidmət göstərib.

Bu barədə Gürcüstanın Hava Limanları Birliyi məlumat yayıb. İllik müqayisədə qonşu ölkənin aeroportlarında sərnişinlərin sayında 11% azalma qeydə alınıb.

Yanvar-avqust aylarında isə Gürcüstanın 5 hava limanında 3 640 823 sərnişinə xidmət göstərilib. Bu da ötən ilin eyni göstəricisindən 8% çoxdur.

Sərnişin axınında azalmaya səbəb iyulun 8-dən etibarən Rusiyanın Gürcüstana birbaşa aviauçuşları dayandırmasıdır.

 

@Report