Cari il ərzində Gürcüstanda ərzaq və gündəlik tələbat məhsullarının qiyməti xeyli artıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Xidməti məlumat yayıb.

Bildirilir ki, ilin əvvəlindən ölkədə meyvə 47 faiz, süd məmulatları 25 faiz, ət və ət məhsulları 13,5 faiz, çörək və çörək məmulatları 9,2 faiz bahalaşıb.

May ayında illik inflyasiya 6,5 faiz olub. İllik inflyasiyanın fonunda alkoqolsuz içkilər 14,7 faiz, meyvə və üzüm 47,1 faiz, süd, pendir, yumurta 24,6 faiz, balıq məhsulları 17,1 faiz, şəkər, cem və digər şirniyyat məhsulları 14,5 faiz, çörək və çörək məmulatları 9,2 faiz, tərəvəz və digər tərəvəz məhsulları 2,7 faiz bahalaşıb. Bununla yanaşı, nəqliyyat vasitələrinin qiymətləri 4,6 faiz azalıb (azalma əsasən şəxsi avtomobil vasitələrində qeydə alınıb).