Noyabr ayında Gürcüstanda istehlak qiymətləri indeksi aylıq müqayisədə 0,9% artıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsinin hesabatında bildirilib.

İllik inflyasiya isə 7% təşkil edib. Aylıq inflyasiya göstəricisi tütünsüz 0,8%-ə bərabər olub. Ötən illə müqayisədə qiymətlərdə 6,3% artım qeydə alınıb.

Ötən ay ərzaq məhsulları və alkoqolsuz içkilərin qiyməti 1,2%, süd, pendir və yumurtanın qiyməti 2,7%, tərəvəzlərin qiyməti 9,3%, qəhvə, çay və kakaonun qiyməti 2,1%, çörəyin qiyməti 1,3%, balığın qiyməti 1% artıb. Meyvə və üzümün qiyməti isə 5,8% ucuzlaşıb.

Geyim və ayaqqabı qrupunda qiymətlərdə 2,1% artım baş verib. Geyimlər 0,5%, ayaqqabılar isə 5,6% bahalaşıb.

İllik inflyasiyaya gəlincə, ərzaq məhsulları və alkoqolsuz içkilərin qiyməti 13,4%, alkoqollu içkilər və tütünün qiyməti 15,4%, nəqliyyat xərcləri 3,1%, istirahət xərcləri 7%, restoran və mehmanxana xərcləri isə7,4% artıb.