“Google” və “Amazon” şirkətləri bir-biri ilə heç vaxt dost olmayıblar. Amazon Prime Video tətbiqi Android TV və ya Google Chromecast cihazları ilə işləmir.

Banker.az bildirir ki, indi isə vəziyyət artıq dəyişib: YouTube növbəti bir neçə ayda Fire TV cihazlarında da, Amazon Prime videosu isə Chromecast və Android TV ilə işləyəcək.

“Google” şirkətinin nümayəndəsi qeyd edir ki, birinci YouTube-un əsas tətbiqi, daha sonra isə YouTube TV və YouTube Kids işə salınacaq. Bu, “Google” və “Amazon” arasındakı uzun müddət davam edən mübahisələrə son qoyacaq.

“Amazon” bir müddət Google Chromecast cihazlarını, Amazon Fire TV-nin öz məhsulları ilə birbaşa rəqabət edən məhsulları satmaqdan imtina etmişdir. Eni zamanda, “Amazon”, Prime Video tətbiqinə Google Cast dəstəyini də daxil etməyib. Buna cavab olaraq, Google Fire TV-də, həmçinin Echo Show-da YouTube tətbiqlərini dəstəkləyəcəyinə elan edib.