“Forbes” jurnalı 2017-ci ilin ən yüksək ödənişli aktrisalarının adlarını açıqlayıb.

AZƏRTAC xarici KİV-lərə istinadən xəbər verir ki, ilk yerdə “La-La-Lend” filminin ulduzu aktrisa Emma Stoundur. O, ötən 12 ay ərzində 26 milyon dollar qazanıb.

Cennifer Eniston (25,5 milyon) ikinci, Cennifer Lourens (24 milyon) isə üçüncü yerləri tutublar.

Sonrakı yerləri Melissa Makkarti (18 milyon), Mila Kunis (15,5 milyon), həmçinin Emma Uotson və Şarliz Teron (hərəyə 14 milyon) bölüşdürüblər.

Səkkizinci, doqquzuncu sırada hərəyə 12 milyon qazanan Keyt Blanşett və Culiya Roberts yerləşdirilib.

Onluğun siyahısını Emi Adams (11,5 milyon) tamamlayır.