Onların çoxu ABŞ, Kanada və Meksikada satılıb.

“Fiat Chrysler Automobiles” avtokonserni sərnişin təhlükəsizliyi məqsədilə istehsal etdiyi 570 mindən çox yolsuzluq avtomobilini geri çağırıb.  2011-2012-ci illərdə istehsal olunmuş “Jeep Grand Cherokee” və Dodge Durango” modellərində kiçik güzgünün naqillərində olan problem potensial yanğın təhlükəsi yaradır. Belə qüsurlu maşınların sayı 477 mindir. Onların çoxu ABŞ, Kanada və Meksikada satılıb.

2015-ci il istehsal olunmuş “Jeep Compass” və “Patriot” modellərində isə yanacaq şlanqının fiksatorunda olan qüsura görə 93,300 maşın geri çağırılır. “Fiat Chrysler” avtokonserni bu texniki qüsurlarla bağlı hər hansı qəzanın və ya bədbəxt hadisənin qeydə alınmadığını əmin etsə də, şirkət işini ehtiyatlı tutub.

Müştərilərin geri alınmış maşınlarının hansı şəkildə kompensasiya ediləcəyi məlum deyil.

Mənbə:ANS PRESS