Ethereum Türkiyə lirəsi kimi enişdədir. Bazardakı kiçik enişlərə nisbətən, Ethereum daha çox dəyər itirir. İlin ən aşağı səviyyəsinə çatan ETH bütün bazarda çaşqınlıq yaradıb.

Hazırda Ethereum 9,95% enişlə 289,57 dollara əməliyyat görür. Beləliklə, ETH noyabr ayından etibarən ilk dəfə 300 dollardan aşağı düşüb və 2017-ci ilin sentyabrında dəyərinə qayıdıb.

Bazardakı spekulyatorların əksəriyyəti enişi Ethereum platformasını infrastruktur kimi istifadə edən ICO-larla əlaqələndirir. Uğur qazana bilməyən ICO-ların tokenlərini sataraq nağd pula çevirdiyinə və buna görə, ETH-in qiymətinin sərbəst şəkildə enişinə inanırlar. Bəzi investorlar Ethereum-un uzun müddət belə qalacağını söyləyirlər.

“Twitter”-də ETH-in mövcud vəziyyəti haqqında olan şərhlərin bəziləri belədir:

Ceyvi Reyes:

“ICO məsləhətçiləri və fırıldaqçılar…Əminəm ki, ETH-in qiyməti daha da enmədən əllərindən gəldiyi qədər sürətlə uzaqlaşmağa çalışırlar. Bundan sonra Ethereum-da nələri görəcəyik? Daha az alıcı, böyük miqdarda satış reallaşdıran satıcılar, ICO-lardan dolayı çoxlu ETH saxlayanlar…İflas yaxınlaşır. ICO saxtakarlıqlarının sonuna az qalıb. POP CORN.

Bitcoin maksimalisti Kevin Pham:

“Vitalik Baterin, ya indi, ya da heç vaxt. Qürurunu ayaqlar altına alıb ETH-dən uzaqlaşa bilər və bitcoinçilərlə hər şeyi kompensasiya edərsən. Yaxud kriptonun Elizabet Holmesi kimi dibə bata bilər və kripto zülmünün poster uşağı ola bilərsən. Səni idarə edənlər öz sonları üçün səndən istifadə etdilər, sən də özünü qurtar”.

Mr. Kiss:

“ETH son dəfə Vitalik Baterinin öldüyü tipli xəbərlər yayılarkən bu dərəcədə enmişdi. Bu dəfəki FUD [qorxu, qeyri-müəyyənlik, şübhə] harada qaldı?