Vençur (yüksəkriskli) sərmayələri analitik platforması “CB Insights” dünyanın ən dəyərli startap şirkətlərinin siyahısını açıqlayıb.

“Report” xəbər verir ki, Çinin süni intellekt şirkəti “Bytedance” 75 milyard ABŞ dolları dəyərlə siyahıda birinci olub.

Məlumata görə, onu Çinin atçılıq şirkəti “Didi Chuxing” (56 milyard ABŞ dolları) və ABŞ-ın “Stripe”(36 milyard ABŞ dolları dəyərində olan) şirkətləri izləyib.

Qeyd edək ki, siyahıda ilk onluqda Çin və ABŞ-dan 4, Hindistan və Malayziyadan isə hər birindən 1 startap şirkəti yer alıb.