Bu ilin 2-ci rübündə dünyada iqtisadi artım 4,4% təşkil edib.
“Report” xəbər verir ki, bu barədə ABŞ “Morgan Stanley” bank holdinqinin açıqlamasında bildirilir.
Məlumatda deyilir ki, bu, 2010-cu ilin 4-cü rübündən bəri rekord həddir. Bankın mütəxəssislərinin sözlərinə görə, bəzi ölkələrdə ümumi daxili məhsulun (ÜDM) artım göstəricisi onlar üçün sürpriz olub. Söhbət, əsasən, Yaponiya və Rusiyadan, qismən isə Böyük Britaniya və Avropa İttifaqı ölkələrindən gedir. Hazırda iqtisadçılar həvəslə Hindistan və Braziliyadakı iqtisadi artım göstəricilərinin açıqlanmasını gözləyirlər.
Xatırladaq ki, bir qədər əvvəl “Fitch” beynəlxalq reytinq agentliyi dünya üzrə ÜDM-in artımının 8 illik rekordu yeniləyə biləcəyini bəyan edib.