ABŞ-ın “SanDisk” şirkəti Almaniyanın Köln şəhərində keçirilən “Photokina 2016” sərgisində dünyada ilk dəfə olaraq 1 TB (terabayt) həcmli, SDXC tipli yaddaş kartını təqdim edib.

Nəhəng yaddaşa malik kartın hələlik seriya buraxılışına başlanmayıb, lakin şirkət yeni məhsula tələbat olduğunu bilir və artıq potensial müştərilər də tapıb. Diskdən 4 və ya 8K formatında video çəkənlər istifadə edə bilər. 4K formatında 14 saata qədər video yerləşdirmək mümkündür. 360 dərəcəlik videolar çəkmək, eləcə də VR-dəbilqələr üçün kontentlər yazmaq üçün də bu disk çox əlverişlidir.

Adət etdiyimiz ölçülərlə hesablasaq, yeni diskə 200 min musiqi, 310 min foto və Full HD keyfiyyətində 1250 bölüm müxtəlif seriallar yerləşə bilər.

Xatırladaq ki, 2015-ci ilin oktyabrında “SanDisk” 19 milyard dollara “Western Digital” şirkətini satın alıb.

Lent.az