UEA: OPEC neft çoxluğundan yaxın bir zamanda xilas olmayacaq
Beynəlxalq Enerji Agentliyinə (UEA) görə, OPEC, qiymətlərin artmasının ABŞ-da şist nefti istehsalını dəstəkləməsi səbəbindən qlobal neft bolluğundan yaxın bir zamanda xilas olmayacaq.
“Marja” xəbər verir ki, UEA-nın neft bazarları departamentinin rəhbəri Neil Atkinson, “Bloomberg Television”a verdiyi müsahibədə “Neft ehtiyatlarını beş illik ortalamaya salmaq istəyirlərsə, uzunmüddətli işlər lazımdır. Yenidən tarazlanma inadkar bir prosesdir” – deyə bildirb.
OPEC və qrup ilə birlikdə hərəkət edən Rusiyanın da aralarında olduğu istehsalçılar, neft artığını azaltmaq və bazarı dəstəkləyərək qiymətlərin artmasını təmin etmək üçün hasilatlarını azaldırlar. Qrupun gələn ilin Mart ayına qədər uzadılan istehsalın azaldılması müqaviləsi Liviya, Nigeriya və ABŞ-da hasilatı artması ilə effektsiz olub.