Pessimistlər üçün 2016 gündəliyi

Blumberqdən 2016-da dünya iqtisadiyyatını və qlobal bazarları alt-üst edəcək 10 fəlakət ssenarisi

“İŞİD-in bütün Orta Şərqdə neft obyektlərini yox etməsilə neft qiymətləri qalxacaq. Angela Merkel istefa etmək  məcburiyyətində qalacaq və Avropa Birliyi böyük xaosa sürüklənəcək. Rus və İranlı hakerlərin ABŞ banklarına etdiyi kiber hücumlar nəticəsində dollar azalmağa başlayacaq”.

Blumberqin dedikləri bizə imkansız görünsə də, diplomat, geosiyasi strateq, təhlükəsizlik müşaviri və iqtisadçılara görə ən pis proqnozlar olsa da, bu ssenarilərin hamısının 2016-da reallaşması mümkündür.

Həmin 10 fəlakətin ssenarisi:

 SSENARİ 1: Neft qiymətləri 100 dollara qalxacaq

İŞİD-in bütün Orta Şərqdə strateji neft infrastruktur obyektlərinə hücum etməsi ilə neft gəlirləri sürətlə düşəcək. Neftlə zəngin Niger deltasında zorakılığın artması və Venesuelada zərbənin meydana gəlməsi ilə neft təminatı çox təsirlənəcək. Üstünə Əlcəzair Prezidenti Abdelaziz Bouteflikanın ölümü də Əlcəzairi xaosa sürükləyəcək. OPEK üzvləri isə gəlirləri  artıra bilməyəcək.

Bazara təsiri:

Neft qiymətləri yüksəlməyə başlayacaq.

Nüvə və bərpa olunan enerji alternativləri güclənəcək.

Neftin artımı Fed-i iflasa uğradacaq və Çin resesyona girəcək.

SSENARİ 2: İngiltərə Aİ-dən çıxacaq

İngiltərənin Aİ-dəki gələcəyinə dair qeyri-müəyyənliyi dayandırmaq istəyən Baş Nazir Devid Kameron referendum çağırışını önə alacaq və ölkəni may ayında  səsverməyə çağıracaq.

Yenə də Mühafizəkar Partiya üzvü London Meri Boris Conson Kameronun qarşısına çıxacaq və “Ayrılıq” kampaniyasına rəhbərlik edəcək. Qaçqın qorxuları və AB əleyhinə populizm təsiri uğur qazanacaq və Kameron istefa edəcək. Yeni baş nazir Conson çıxış müzakirələrinə başlayacaq. İnvestorların ABŞ-dan sonra İngiltərə iqtisadiyyatının necə olacağını görmək üçün gözləmə mövqeyi seçməsiylə ölkə resesyonla qarşılaşacaq.

Bazara təsiri:

Funt-sterlinq düşəcək.

FTSE 100 çökəcək və İngiltərə Mərkəzi Bankının Sədri Mark Carney kapital çıxışını dayandırmaq üçün faizləri yüksəltmək məcburiyyətində qalacaq.

Şotlandiyanın yenidən müstəqillik qazanmaq üçün referendumuna getmək qərarı İngiltərə istiqrazlarında azalma yaradacaq.

SSENARİ 3: Banklara kiber hücum təşkil olunacaq

Rus və İranlı hakerler əməkdaşlıq edərək Amerika maliyyə sektoruna bir neçə hücum həyata keçirəcək. Hücumlardan sonra səhm qiymətlərinə və prosedurlara inam itəcək. Banklar pul çəkmə əməliyyatlarını məhdudlaşdırmaq məcburiyyətində qalacaq. Fed faizlərin artırılmasında  geri addım atmaq məcburiyyətində qalacaq.

Bazara təsiri:

Dollar düşəcək.

Sığorta tələbləri ilə bərabər səhmlər böyük zərbə alacaq.

İnvestorların təhlükəsiz investisiyalara yönəlməsi ilə New Yorkun lyuks əmlak bazarı yüksəlməyə başlayacaq.

Eyni səbəblə qızıl da yüksələcək.

Kiber təhlükəsizlik sahəsində ixtisaslaşmış şirkətlərin səhmləri yüksələcək.

SSENARİ 4: Miqrant məsələsinə görə Aİ parçalanacaq

Avropa şəhərlərində Parisdə baş verən hücumlara bənzər hücumlar olacaq. Bir tərəfdən də davam edən miqrant axını ilə blokda siyasi böhran baş verəcək. Miqrantlara açıq qapı siyasətini müdafiə edən Alman Kansleri Angela Merkel istefa vermək məcburiyyətində qalacaq.

Fransız Le Pen Öz bütün regionda populist və xarici düşmən siyasətinin yüksəlməsinə liderlik edərək, sədr olacaq. Beləliklə, Aİ-nin açıq sərhəd siyasəti də təhlükəyə girəcək.

Bazara təsiri:

Yunanıstan və Portuqaliya kimi problemli ölkələrin istiqraz vərəqləri düşəcək. Bazar sarsıntısı Yunanıstanın avrodan çıxmasına səbəb olacaq.

Ölkənin yeni bir qeyri-sabitlik prosesinə daxil olması Alman istiqrazlarını yüksəldəcək.

Ortaq pul yığımına dair narahatlıqların artması nəticəsində  avro düşəcək.

SSENARİ 5: Çin iqtisadiyyatı çökəcək, ordu yüksələcək

Çin iqtisadiyyatının vəziyyətinin daha da pisləşməsi nəticəsində bəzi istehsal mərkəzlərində vəziyyət çətinləşəcək. Çinin sosial media üzərindəki təzyiqi artacaq.

ABŞ toqquşmalı Cənubi Çin Dənizinə daha çox döyüş gəmisi göndərəcək və hərbi gərginlik baş verəcək.

Bazara təsiri:

Dənizlərdə baş verən gərginlik nəqliyyat və aviasiya xidmətlərini iflasa uğradacaq.

Asiya birjaları düşəcək.

Neft qiymətləri artacaq.

ABŞ və Çin müdafiə şirkətlərinin səhmləri yüksələcək.

SSENARİ 6: İsrail İranın nüvə obyektlərinə hücum edəcək

ABŞ-ın prezident seçkilərinə diqqəti yönəltməsi ilə İsrailin Baş Naziri Benyamin Netanyahu İranın nüvə obyektlərinə hücum etmək göstərişi verəcək. Orta Şərqdə gərginlik daha da artdığı bir vaxtda, ABŞ seçkilərində vəziyyət dəyişəcək. İran müqaviləsi ləğv olacaq.

Bazara təsiri:

Neft qalxacaq.

Qızıl qalxacaq.

İranla imzalanacaq yeni müqavilələr gündəmdən düşəcək. Xüsusilə bundan Avropa şirkətləri təsirlənəcək.

İsrail səhmləri düşəcək.

Müdafiə səhmləri yüksələcək.

SSENARİ 7: Putin ABŞ-ın önünə keçəcək

Rusiya Prezidenti Vladimir Putin İŞİD-in çökdürülməsi tədbirləri çərçivəsində Suriyada güc mübadiləsini əhatə edən regional bir müqaviləyə rəhbərlik edərək Obamanı ötəcək. Avropaya miqrant axınını dayandıran müqavilədən sonra Merkel, Rusiyaya tətbiq olunan sanksiyaların qaldırılmasına qərar verəcək.

Bazara təsiri:

Rubl və Rus səhmləri yüksələcək.

Rus embarqosunun qalxması nəticəsində Avropada ərzaq səhmləri yüksələcək.

Alman səhmləri yüksələcək.

SSENARİ 8: İqlim dəyişikliyi kritik həddə çatacaq

Parisdəki razılaşmaya baxmayaraq, istilər rekord qıracaq. El Ninonun təsiri ilə Cənub-şərqi Asiyadakı quraqlıq xüsusilə Avstraliyada əkinçilik və heyvandarlığa böyük zərbə vuracaq. Cənubi Afirkadakı susuzluq şirkətlərin fəaliyyətlərini iflasa uğradacaq. Temperaturlar Atlantikdən Qara Dənizə doğru məhsul biçininə böyük zərbə endirəcək.

Bazara təsiri:

Yumşaq əmtəələr yüksələcək.

İnkişaf etməkdə olan ölkələr resesyona girəcək.

SSENARİ 9: Cənubi Amerikanın çətin 10 ili başlayacaq

Braziliyanın Dövlət Başçısı Dilma Rousseffiyə açılan istintaq ölkəni, demək olar ki, idarə edilməyəcək hala gətirəcək və etirazlar şiddətlənəcək. Veneseulada Dövlət Başçısı Nikolas Maduro ölkəni nəzarət altına almaq üçün ordudan istifadə etmək məcburiyyətində qalacaq. Argentinada iqtisadi azalma yeni hökumətin vədlərini yerinə yetirməsini çətinləşdirəcək. Borc müqaviləsi həyata keçirilməyəcək və Argentina yeni bir böhranla qarşı-qarşıya qalacaq.

Bazara təsiri:

Bölgədə faizler yüksələcək və  işdən çıxarmalar, sosial qiyamlar başlayacaq.

Birjalar düşəcək.

Braziliya realı və Meksika pesosu rekord səviyyələrə düşəcək.

Petrobraz iflas edəcək.

SSENARİ 10: Donald Trump prezidentlik yarışını qazanacaq

Donald Trump əvvəl Respublikaçı namizədliyini, sonra da noyabr seçkilərini qazanacaq. ABŞ vergi qanununu dəyişdirmək, qaçqın siyasətlərini ciddiləşdirmək və ABŞ ordusunu genişləndirmək vədlərini yerini yetirəcək. Çinlə münasibətlər gərginləşəcək.

Bazara təsiri:

Dollar düşəcək.

Qızıl yüksələcək.

Müdafiə şirkətlərinin səhmləri yüksələcək.

Trumpın vergi qanunu haqqında vədləri ilə əlaqədar xüsusi sərmayə fondlarının səhmləri düşəcək.