Azərbaycan 25 il ərzində Avropa və Mərkəzi Asiya regionunda ən böyük artım nümayiş etdirib.

Trend-in məlumatına görə, bunu Dünya Bankının (DB) Avropa və Mərkəzi Asiya regionu üzrə regional vitse-prezidenti Siril Müller Bakıda Azərbaycan və Dünya Bankı arasında əməkdaşlığın 25 illiyinə həsr olunmuş mərasimdə deyib.

S.Müller qeyd edib ki, DB 1990-cı illərdə, ölkə üçün ən çətin vaxtlardan etibarən Azərbaycanla olub:

“Əməkdaşlıq dövrü ərzində Azərbaycan mənim kurasiyamda olan regionda ən böyük artım nümayiş etdirib. Bu müddət ərzində ölkədə yoxsulluğun səviyyəsi 10 faizdən aşağı düşüb”.