2021-ci ilin ilk rübündə dövlət xəzinəsi öncəki illə müqayisədə 166.7 milyon manat, yaxud 57% daha çox borclanıb.

Banker.az bu barədə Bakı Fond Birjasından əldə etdiyi məlumata istinad edir.

Məlumata görə, Maliyyə Nazirliyinin xətti ilə emissiya edilən bu istiqrazların əqdlərinin sayı 180 ədəd təşkil edib. Ümumilikdə bu əqdlər ilin ilk rübündə 457.1 milyon manat təşkil edib.

Qeyd edək ki, 2019-cu ildə 151.75 milyon manat, 2020-ci ildə isə 290.41 milyon dollar dövlət istiqrazları emissiya edilmişdi.