Hər zaman yeni kampaniya və sərfəli şərtlərlə müştərilərini sevindirən “Dongfeng Azərbaycan” yeni kampaniyaya start verdi. Belə ki, qənaətcil Dongfeng A30 modelinə kasko sığorta daxil cəmi 3900 manat ilkin ödəniş etməklə və manatla olan sərfəli lizinq şərtləri ilə sahib ola bilərsiniz. Qeyd edək ki, manatla olan lizinqin maksimal müddəti 36 ay təşkil edir.

 

Əlavə olaraq, sığorta, nömrə, bank xərci, 1 il və ya 20000 km müddətində yağdəyişmə  xidməti “Dongfeng Azərbaycan” tərəfindən hədiyyə edilir!

 

Çinin 1 nömrəli avtomobil şirkəti olaraq yük avtomobilləri, hərbi avtomobillər istehsal edən Dongfeng Motor Korporasiyası, eyni zamanda  sedan modelləri də təqdim edir. Müasir dizayn və idarəetmədə bir sıra üstün xüsusiyyətləri ilə Dongfeng modelləri öz rəqiblərindən fərqlənməkdədir. Həmçinin, bu modellərin orijinal ehtiyyat hissələrini də büdcənizə uyğun sərfəli qiymətlərlə əldə edə bilərsiniz.

 

Nəzərinizə çatdıraq ki, bütün Dongfeng modellərinə istehsalçı tərəfindən 3 il və ya 100 000 km rəsmi zəmanət şamil edilir.
Ünvan: Bakı şəhəri, Babək pr.90
Bakı şəhəri, Badamdar  qəsəbəsi, Maşın bazarı, Salon 20
E-mail: info@dongfeng.az
Tel: (+99412) 376 16 93, (+99412) 437 38 98,  (055) 543 77 77
Web-site: www.dongfeng.az

lent.az