Azərbaycanda banklar bilərəkdən hərracdan dollar almayaraqvə ya az alaraq məzənnənin aşağı düşməsinə şərait yaradırlar. Fins.az xəbər verir ki, bu barədə bank sektorundakı mənbə bildirib: “Banklar hərraca az sifariş təqdim etməklə qarşıdakı günlərdə küllü miqdarda daha ucuz qiymətə dollar almaq istəyirlər. Çünki banklar əmanətçilərinin dollar depozitlərini qaytarmalıdırlar. Dolları 1.60 əvəzinə 1,50-yə və daha aşağı qiymətlərə alıb əmanətçinin pulunu qaytarmaq banklara sərf edir”.
Əhalinin banklarda təxminən 5 milyard dolları var
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, yanvarın sonuna, banklarda əhalinin xarici valyutada 7,2 milyard manat (hazırkı rəsmi məzənnə ilə 4,7 milyard dollar) civarında əmanəti olub. Artıq yeni şərtlərə görə, banklara 3%-dərəcəsindən yüksək faizlə, xarici valyutada yatırılan əmanətlər dövlət tərəfinfdən sığortalanmır. Milli valyutada, 12%-ədək faiz dərəcələri ilə yatırılan əmanətlər isə məbləğindən asılı olmayaraq sığortalanır. Bu dəyişiklikdən sonra əhalinin banklarda dollardakı vəsaitlərini çıxardaraq yenidən manatda yatıracağı gözlənilir. Bu proses özlüyündə dolları daha da ucuzlaşdıra bilər.
Mənbə: “Marja”