Təcrübəli dollar proqnozçusu, dolların 2024-ci ilə qədər Avro qarşısında 40% dəyər itirəcəyini bildirib.


 

“A.G. Bisset Associates LLC”nin təcrübəli İcraçı direktoru Ulf Lindahl, Dolların Avro qarşısında 2024-cü ilə qədər təxminən 40 faiz ucuzlaşacağını təxmin edir.
Marja” “Bloomberg“ə istinadən xəbər verir ki, valyuta bazarı mütəxəssisi dolların ucuzlaşacağı ehtimalını tarixi məlumatlara əsasən ehtimal edir. Tarixi məlumatlara görə, 1970-ci ildən bəri Dollar 15 il bahalaşmadan sonra 15 il ərzində ucuzlaşıb. Lindahla görə, 15 illik tsikl təkrarlanacaqdır.
Lindahlin proqnozu bəzilərinə görə uzaq bir ehtimaldır. Digər tərəfdən, Dolların keçən ilki 9%-lik ucuzlaşması ilə bu proqnoz o qədər də uzaq bir ehtimal kimi görünmür.
Lindahl, Avqust ayındakı bir müsahibəsində, “Dollarda əhəmiyyətli dərəcədə ucuzlaşma görə bilərik. Bunun maliyyə bazarları üçün çox böyük nəticələri olacaqdırr”, – demişdi. Valyuta proqnozçusu, belə bir vəziyyətin səhmlərin ucuzlaşmasına və əmtəə qiymətlərinin isə yüksəlməsinə səbəb olacağını qeyd etmişdi.