Son günlər sürətlə ucuzlaşan ABŞ dolları, dünyanın digər əsas valyutaları  qarşısında 2010-cu ildən bəri ən pis ayını keçirib.

FED.az xəbər verir ki, iyul ayında təkcə avro dollar qarşısında 5%-dən çox bahalaşıb.

Avro, iyulda son 10 ildə dollar qarşısında ən böyük artım göstərib. İngilis funt sterlinqi isə dollar qarşısında 1990-cı ildən bəri ən yaxşı iyul ayı keçirib. Bu il ilk dəfə bütün əsas valyutalar ABŞ valyutasına qarşı yüksəlib, çünki dollar 2010-cu ildən bəri kəskin şəkildə 4,6 faiz ucuzlaşıb.

ABŞ Xəzinədarlıq istiqrazlarının dərəcələrinin aşağı olması, ABŞ-ın Avropa ilə müqayisədə koronavirusla mübarizəsi səbəbindən küncə sıxışan ABŞ dolları Donald Trumpın, bu il seçkilərin təxirə salınması fikri ilə daha da zəifləyib.

Cümə axşamı ABŞ-da açıqlanan məlumatlardan məlum oldu ki, hökumətin və FED-in maliyyə və pul stimullarına baxmayaraq, dünyanın ən böyük iqtisadiyyatı ikinci rübdə 32,9 faiz azalıb. Avropada geriləmə nisbətən zəif – 9,5 faiz olsa da, Almaniya və Fransada vəziyyət düzəlməyə başlayıb.

Bundan əlavə, ABŞ-da işsizlik müavinəti almaq üçün müraciətlər də 900 min nəfər artıb. Bütün bunlar dolların vəziyyətin pisləşdirir.

Avro

Avro zonasının ortaq pul vahidi olan avro, iyulda 5 faizdən çox artaraq 2018-ci ilin mayından bəri ən yüksək həddə yüksəlib. Avropa İttifaqının (Aİ) 750 milyard avro bərpa planından dəstək taparaq, riskin geri alınma variantlarına görə, avronun avqustda da bahalaşacağı gözləntisi mart ayından bəri ən yüksək səviyyədədir. «Credit Agricole»nin eksperti Manuel Oliveri, avronun dollara qarşı “gözlənildiyindən daha sürətli” hərəkət etdiyini bildirdi.

Funt Sterling

Sterling, mart ayından etibarən bağlanma tədbirlərinə başladıqdan sonra zərərlərini bərpa etdi və London vaxtı ilə 11: 40-da 1,3405 dollara yüksəlib. Bu ay dollar qarşısında 5,9 yüksələn funt 2009-cu ildən bəri ən güclü aylıq yüksəlişini qeyd edir.

Yapon yeni

Yapon Yeni, iyul ayında dollar qarşısında 2018-dən bəri ən güclü artım edərək 3 faizdən çox qazandı. Yen, dolların enməsi ilə etibarlı bir aktiv olaraq önə çıxır.