Qlobal maliyyə xidmətləri şirkəti “Citigroup” neft qiymətlərinin il sonuna yaxın müddətədək zəif qalacağını nəzərdə tutur.
Marja xəbər verir ki, açıqlamanın ardından neft qiymətləri düşüb.
Brent nefti 1,8% ucuzlaşıb və Bakı vaxtı ilə saat 15:00-da 56,60 dollardan alıcı tapıb.
Virus epidemiyası bütün dünyada səyahətləri azaldıb. Çində neftayırma zavodları neft emalını azaltmağa davam edirlər.
Apple şirkəti virus epidemiyanın işi axsatması və ağıllı telefonlara tələbi azaltması ilə əlaqədar əlaraq gəlir hədəfinə nail ola bilməyəcəyini açıqlayıb.