BYD, dünyanın ən çox satılan elektrikli avtomobil istehsalçısı olmaq yarışında Tesla-nı ötməyə bir addım da yaxındır.

Çinin BYD şirkəti dördüncü rübün satışlarında rekord qırdıqdan sonra dünyanın ən çox satılan elektrikli avtomobil istehsalçısı olmaq yarışında Tesla-nı ötməyə daha bir addım yaxınlaşıb.

Marja.az-ın məlumatına görə, BYD bildirib ki, təkcə dördüncü rübdə 526 min ədəd akkumulyatorla işləyən avtomobil sataraq rekord qırıb, dekabrda satışların 70 faizdən çox artmasına kömək edib.

Bloomberg-in tərtib etdiyi hesablamalara görə, Tesla dördüncü rübdə təxminən 483 min ədəd avtomobil satıb. Tesla istehsal rəqəmlərini çərşənbə axşamı açıqlayacaq.

Üçüncü rübün sonunda BYD və Teslanın hər biri tam elektrikli avtomobillər üzrə qlobal bazarda təxminən 17 faiz paya sahib idi. Üçüncü rübdə Tesla 435 min ədəd, BYD isə 432 min ədəd elektrik mühərrik ilə hərəkət edən avtomobil satmışdır.

BYD, 2022-ci ilin ilk yarısında Çin bazarında Tesla-nı ötüb.