Çinin Çjençjou şəhərində restoran, müştərilərə yeni üsulla, xarici görünüşü ilə yediyi yeməyin ödənməsini  təklif etməklə təcrübə keçirir. Kreditplaza.az saytı xəbəri  ilk olaraq yayan Çinin xəbər agentliyi olan “Sinxua”-ya istinadən xəbər verir ki, ictimai iaşə müəssisəsi öz ziyarətçiləri üçün feysnəzarətdən istifadə edir.

Çin restoranı, gələn  müştəriləri, onlar  masa arxasında oturmamışdan öncə  şəkillərini çəkir. Müştərilərin xarici görünüşlərini plastik cərrahların olduğu  “ekspertlər” qrupu qiymətləndirir. Gözəl hesab edilənlərin  hamısına restoran pulsuz nahar təklif edir.

Xəbər  sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olmuşdur. İnsanlar pulsuz nahar üçün şanslarını qiymətləndirməyə başlayıblar.

Weibo çin sosial servis istifadəçilərindən biri deyib ki, “əminəm ki, üzümlə  yalnız 1 %-li güzəşt ümid edə bilərəm”,.

Digər istifadəçi zarafat edib ki, “bəs eybəcərlər necə 2 qat artıq ödəməlidirlər ? “.

Amma  The Telegraph yazır ki, bu aksiya hamının xoşuna gəlməyib. Şəhər hakimiyyəti, koreya mətbəxi restoranı  tərəfindən yazılmış “gözəl zahiri görünüşə görə pulsuz nahar” lövhəsini götürməyi tələb edib. Yerli hakimiyyətin bəyənməməsinə baxmayaraq, müəssisə sahibləri aksiyanı davam etdiriblər.

Restoranda bildiriblər ki, “gələcəkdə biz reklamla daha ehtiyatlı olacağıq. Amma bu aksiyanı davam etdirəcəyik”.