FT-nin xəbərinə görə Çin 2015-dən bəri ilk dəfə depzoit faizini endirməyi qiymətləndirir


 

“Financial Times”ın (FT) mövzuya dair mənbələrə istinadən yayadığı xəbərə görə, Çin Mərkəzi Bankı 2015-ci ildən bəri ilk dəfə depozit faizini aşağı salmağı müzakirə edir. FT-yə görə, faiz endirimi bir neçə gün ərzində elan ediləcək.

 

Marja xəbər verir ki, bu addımla çətin vəziyyətdəki şirkətlərə kredit təmin etmək kimi iqtisadiyyatı dəstəkləmək üçün müxtəlif tədbirlər görən bankların gəlirliliyinin dəstəklənməsi hədəflənir.