Çinin ÜDM-si üçüncü rübdə keçən ilin analoji dövrü ilə müqayisədə 4,9% artıb ki,  bu da ölkə iqtisadiyyatını koronavirusdan əvvəlki səviyyəsinə qaytarıb.

Banker.az xəbər verir ki, bu barədə ÇXR-in rəsmilərinə istinadən “Bloomberg” yazıb.

Verilən məlumata görə, Çin iqtisadiyyatı illik müqayisədə 0,7% artsa da, istehlak tələbi hələ də zəif olaraq qalır.

Agentliyin qeyd etdiyi kimi, 4,9% artım gözləntiləri doğrultmayıb, lakin Çinin inkişaf trayektoriyasını koronavirus pandemiyası başlamazdan əvvəl proqnozlaşdırılan göstəricilərə yaxınlaşdırıb. Belə ki, 2020-ci ilin əvvəlində Çin hökuməti ÜDM-nin 5,5-6% artacağını güman edirdilər.

Üçüncü rübdə ÜDM-nin 4,9% artması ikinci rübdəki tendensiyanın davamı idi. 2020-ci ilin birinci rübündə Çinin Uhan şəhərinə koronavirus epidemiyasının başlaması nəticəsində tətbiq edilən milli lokdaun və karantin rejimi, iqtisadiyyat artımı 6,8% azalıb.

İstehsalın həcmi 0,7% artıb, yəni dünyanın ikinci ən böyük iqtisadiyyatı ilin birinci yarısında itirdiyi bütün mövqeləri bərpa edib. Üçüncü rübdə idxal sahəsindəki güclü artım ÜDM-ni azaltsa da, hələ də ümumi məhsul üçün müsbət işarə kimi götürülür. Pərakəndə satışlar sentyabr ayında 3,3%, sənaye istehsalı 6,9%, investisiya artımı isə 0,8% yüksəlib. Agentliyin qeyd etdiyi kimi, Çin iqtisadiyyatının canlanması koronavirusun qarşısını alan tədbirlərlə əlaqəlidir. Çünki bu, zavodlara zamanında fəaliyyəti davam etdirməyə və tibbi avadanlıqlara olan qlobal tələbdən faydalanmağa imkan verib.

“ÜDM-nin gözləniləndən aşağı düşməsinin səbəblərindən biri, ehtimal ki, idxal sahəsində olan qalxıb-düşmələrdir”, – deyə “Natwest Markets Plc”ın iqtisadçısı Liu Peiqian söyləyir. “Çin artıq dünyanı 2008-ci ildəki kimi dəstəkləmir, fərqli davranır”, – “JD.com”un baş iqtisadçısı Shen Jianguang bildirir. Onun sözlərinə görə, Çin “son çarə tədarükçüsü” rolunu oynayaraq öz işini görüb.