Çin Milli Statistika Bürosunun sözçüsü Mao Shengyong, Çinin 2018-ci il üçün təyin olunan 6.5% civarında ÜDM artımı hədəfinə çatmaq yolunda olduğunu, ancaq iqtisadiyyatın gələn il daha çox qeyri-müəyyənliklə qarşı-qarşıya qalacağını nəzərdə tutduqlarını açıqlayıb.
Mao Shengyongun sözlərinə görə, Noyabr ayındakı zəif sənaye istehsalı və pərakəndə satış göstəricilərinin iqtisadiyyat üzərindəki aşağı istiqamətli təzyiqin artmaqda olduğuna işarədir.
Marja” xəbər verir ki, Çində iqtisadi fəallıq Noyabr ayında yavaşlayıb. Sənaye istehsalı və pərakəndə satışlar zəifləyib.
Noyabr ayında sənaye istehsalı keçən ilin eyni dövrü ilə müqayisədə 5.4 faiz artıb. Oktyabr ayında sənaye istehsalı 5.9 faiz artmışdı. İqtisadçılar noyabr ayında istehsalının 5.9 faiz artacağını ehtimal edirdilər.

Milli Statistika Bürosunun məlumatlarına görə, Noyabr ayında pərakəndə satışlarda artım, oktyabr ayındakı  8.6%-dən 8.1%-ə geriləyib və 8.8% olan proqnozdan aşağı olub.