Çinin Anxoy vilayətinin Xuaynan şəhəri yaxınlığında dünyada ən nəhəng üzən günəş elektrik stansiyası işə salınıb.

AZƏRTAC RİA Novosti xəbər agentliyinə istinadla xəbər verir ki, stansiya 1200 günəş paneli ilə təchiz olunub. Ümumilikdə isə 86 hektar su səthində yerləşib.

Elektrik stansiyası 40 meqavat enerji istehsal edə bilir və bu, 15 min evin elektrik enerjisi ilə təmin olunması deməkdir.