Çinin antiinhisarçı requlyatorunun (SAMR) addımları açıq şəkildə yerli hakimiyyətin inhisarlara qarşı müharibə elan etdiyini göstərir.

Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.

Xatırladaq ki, iki gün əvvəl çinli sahibkar Cek Maya məxsus olan “Alibaba”ya qarşı 2.75 milyard dollar cərimə cəzası tətbiq edilib. İndi isə requlyator bu işi daha tez araşdırmaq üçün ştatını iki dəfə artırır.

SAMR-ın haqqında daha əvvəl də məlum olmuşdur. Verilən məlumata görə, son illərdə Çinin texnoloji nəhəngləri nisbətən sərbəst şəkildə tənzimlənmiş şəraitdə fəaliyyət göstəriblər. Lakin indi bir sıra problemlərlə üzləşmiş olurlar. Əgər əvvəl requlyatorda 40 nəfər işləyirdisə, tezlikdə müfəttişlərin sayı 20-30 nəfər artacaq.

Eyni zamanda SAMR işlərin bir hissəsini regional idarələrə həvalə etmək niyyətindədir. Qurumun planının bir hissəsi – hərtərəfli araşdırma tələb edən işlərə dövlət işçilərini cəlb etməkdir. İlk növbədə, hökumət antinhisar ilə bağlı araşdırmalara büdcəni artıracaq.

Qeyd edək ki, SAMR vahid antiinhisarçı orqan kimi Çində 2018-ci ilin əvvəlində meydana gəlib. Son aylarda onun səlahiyyətləri genişlənib – ÇXR-in lideri Xi Jinping buna ehtiyac olduğunu söylədikdən sonra. İndi İT şirkətlərinin rəhbərləri birləşmə razılaşmaları haqqında antiinhisarlara məlumat verməlidirlər.

Aprel ayında SAMR “Alibaba” şirkətini 2.7 milyard dollar cərimə edib. Requlyator bunu konsernin istehlakçıları “seçmək hüququndan məhrum etməsi” ilə izah edib.