Çin cari ilin yanvar-may aylarında ABŞ-da olan investisiyalarını 92% azaldıb.

Axar.az xəbər verir ki, bu barədə məlumatı “Rhodium Qrup” Konsaltinq Şirkəti yayıb. Ümumilikdə bu dövr ərzində ABŞ-dan 7,8 milyard dollarlıq Çin kapitalının çıxdığı vurğulanıb.

Şirkət Çin investisiyalarının ABŞ-dan çıxmasına səbəbin iki ölkə arasındakı münasibətlərdəki gərginliyin artması, Pekinin Çindən kapital axınına məhdudiyyət yaratması olduğunu bildirib.