Çin dünyada ən sürətli kompüterin istehsalına başlayıb. Bu avadanlıq super kompüter rekordunu əlində saxlayan “Sunway TaihuLight”dan 10 qat daha sürətli olacaq.

Anadolu agentliyi xəbər verir ki, Tiencin şəhərindəki Milli Super Kompüter Mərkəzində istehsalına başlanılan “Tienhı-3” kompüteri 2020-ci ilə qədər hazırlanacaq. Elmi araşdırmalara müsbət təsir göstərəcək “Tienhı-3” zəlzələni də öncədən təyin edə biləcək və epidemiya xəstəlikləri ilə mübarizədə təsirli rol oynayacaq.

azərtac