Süni intellekt tətbiqi ChatGPT-ni inkişaf etdirən OpenAI-nin Baş İcraçı Direktoru (CEO) Sam Altman, süni intellekt sistemlərinin heç bir nəzarət mexanizmi olmadan cəmiyyətə təqdim edilməsinin böyük təhlükələrə səbəb olacağını bildirib.

Süni intellekt tətbiqi ChatGPT-ni inkişaf etdirən OpenAI-nin Baş İcraçı Direktoru (CEO) Sam Altman Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində keçirilən sammitdə süni intellektlə bağlı açıqlamalar verib.

Marja.az xəbər verir ki, Altman, Beynəlxalq Atom Enerjisi Agentliyi (IAEA) kimi bir təşkilatın süni intellekt üzrə də qurulması və bu sahəyə nəzarət etməsi lazım olduğu barədə çağırışını təkrarlayıb. O bildirib ki, bu sistemlərin nəzarətsiz şəkildə ictimaiyyətə təqdim edilməsi böyük təhlükələrə səbəb ola bilər.

Altman, süni intellekt sənayesinin yolun ən başında olduğuna diqqət çəkib və bu texnologiyanın qarşıdakı illərdə daha yaxşı yerlərə gələcəyini söyləyib.