Çexiya hökumətinin başçısı Boquslav Sobotka bildirib ki, Çexiya avronun tətbiq olunması tarixini tezliklə müəyyən etsə, yaxşı olardı. Sobotka vurğulayıb ki, Fransada və Almaniyada seçkilərdən sonra Avropada yaranmış vəziyyət avrozonada inteqrasiya meyillərini sürətləndirəcək. Baş nazir əmindir ki, Çexiya Avropa İttifaqını periferiyasında qalmamaq və Aİ-də öz mövqelərini qoruyub saxlamaq üçün bu mövzuda debatlara başlamalıdır.

Nazirlər Kabinetinin rəhbəri bu barədə öz fikrini Çexiya Respublikası İqtisadi Palatasının qurultayında bildirib.