2021-ci ildə təyyarə yanacağı və kerosinə olan tələbat artacaq.

AZƏRTAC xəbər verir ki, Beynəlxalq Enerji Agentliyi (IEA) sərhədlərin bağlanması və səyahət məhdudiyyətləri fonunda təyyarə yanacağı və kerosin istehlakının azalacağını proqnozlaşdırır. Buna baxmayaraq, 2021-ci ildə təyyarə yanacağı və kerosin tələbatı gündəlik 720 min barrel artacaq. Lakin bu göstərici hələ də pandemiyadan əvvəlki səviyyə ilə müqayisədə sutkada 2,5 milyon barrel azdır.

Digər tərəfdən, qarşıdakı dövrdə benzin və dizel yanacağı tələbatının 2019-cu ildəki səviyyəyə çatacağı gözlənilir.