Dünyanın ən böyük tankerlərindən olan 320 min 105 DWT (Dead Weight Tonaj) xam neft daşıma gücünə malik “M/t ORTHIS” 57 milyon dollara “Cardiff Marine” şirkətinə satılıb.

Tanker əvvəllər mərkəzi ofisi Yunanıstanda yerləşən “Gulf Marine” şirkətinin mülkiyyətində olub.

“ORTHIS” tankeri 2011-ci ildə Koreya Respublikasının “Daewoo” zavodunda inşa edilib. Uzunluğu 333 metr, eni 60 metr olan tanker 320 min 105 DWT xam neft daşıma gücünə malikdir.

Azərtac