2021-ci ilin 10 ayında Aərbaycana 246 milyon 255 min dollar dəyərində 890 min 233 ton buğda idxal edib.

Marja.az Dövlət Gömrük Komitəsinin aylıq heabatına istinadən xəbər verir ki, buğda idxalı 2020-ci ilin yanvar-oktyabr dövrü ilə müqayisədə 2021-ci ilin yanvar-oktyabr dövründə dəyər ifadəsində 2 milyon 810 min dollar və ya 1,2% artıb, miqdar ifadəsində 251 min 375 ton və ya 22% azalıb.

2020-ci ilin yanvar-oktyabr dövründə Azərbaycana 243 milyon 444 min dollar dəyərində 1 milyon 141 min 608 ton buğda idxal edilmişdi.

1 ton buğdanın orta statistik idxal dəyəri 213 dollardan 277 dollara yüksəlib (64 dollar artıb).