Azərbaycanlı turistlər Şarm əl-Şeyxə Tbilisidən səfər edirlər. Bu barədə Cənubi Sinayın qubernatoru Xalid Fuda bəyan edib.

“Əsasən gürcülər deyil, azərbaycanlılar Tbilisidən Şarm əl-Şeyxə birbaşa reyslərlə səfər edirlər”, – deyə X.Fuda müsahibəsində bildirib. Onun sözlərinə görə, Misirin bu kurort şəhərini ildə 7 min Azərbaycan vətəndaşı ziyarət edir.

“Məndə olan məlumata əsasən, Şarm əl-Şeyxi ildə 7 min azərbaycanlı turist ziyarət edir. 4 mln. azərbaycanlı turistin il ərzində xarici ölkələrə səfər etdiyini nəzərə alsaq, bu rəqəm gülüncdür”, – deyə qubernator qeyd edib.

Onun fikrincə, turistlərin sayının artımı Bakı-Şarm əl-Şeyx reysinin açılması ilə əlaqədardır.

Mənbə: “İnterfaks-Azərbaycan”