Almaniyanın ikinci ən böyük aviaşirkəti olan “Air Berlin” müflisləşmə prosedurunu işə salıb.
Trend-in məlumatına görə, bu barədə şirkət rəsmi məlumat yayıb.
Qeyd olunur ki, müflisləşmə haqda qərar şirkətin əsas səhmdarı “Etihad”ın maliyyə dəstəyini dayandırmasından sonra verilib.
Qeyd edək ki, 1978-ci ildə yaradılmış “Air Berlin” şirkətində hazırda 8600-dən çox işçi çalışır.