2018-ci ilin dekabr ayından bəri Dubayda qeydiyyata alınmış yeni müəssisələrə verilən lisenziyaların sayı təqribən 3 faiz artıb. 2019-cu ilin əvvəlindən aprelin 15-dək 7418 yeni lisenziya verilib.

AZƏRTAC xəbər verir ki, Milli İqtisadi Reyestrin (İqtisadiyyat Nazirliyinin filialı) statistik məlumatına görə, Dubayın İqtisadi İnkişaf Departamenti tərəfindən verilmiş lisenziyaların sayı fasiləsiz artaraq, ilin əvvəli üçün 253.580-dən aprelin birinci yarısında 260.998-ə çatıb.

Dubayın İqtisadi Qeydiyyat və Lisenziyalaşdırma Sektorunun hesabatında vurğulanır ki, 2019-cu ilin yanvarında biznes fəaliyyətinin müxtəlif növləri üçün 2.046 ədəd yeni lisenziya verilib. Bu, 2018-cu ilin yanvar ayı üçün müvafiq göstərici ilə müqayisədə 20 faiz çoxdur. Bu il yanvar ayında verilmiş lisenziyaların 64,5 faizi kommersiya, 33,7 faizi peşə fəaliyyəti, 1,2 faizi turizm, 0,6 faizi sənaye fəaliyyəti üçün nəzərdə tutulub.